Premyer Liqa: MS “Koventri Siti”ni tək qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.

Bu oyunlardan beşində qalib müəyyənləşməyib. “Nottingem Forest” – “Tottenhem” və “Hall Siti” – “Aston Villa” görüşləri qolsuz bitib. “Brentford” – “Sanderlend” və “Brayton” – “Lids” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolluq “Nyukasl” – “Bornmut” matçında da heç-heçə qeydə alınıb. “Fulhem” evdə “Kristal Pelas”a məğlub olub. “Mançester Siti” isə “Koventri Siti”ni tək qolla yenib.

Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 6-da baş tutacaq.

İngiltərə, Premyer Liqa
3-cü tur

4 sentyabr

İpsviç Taun – Liverpul 0:2

5 sentyabr

Nyukasl – Bornmut 2:2
Brentford – Sanderlend 1:1
Brayton – Lids 1:1
Fulhem – Kristal Pelas 2:3
Mançester Siti – Koventri Siti 1:0
Nottingem Forest – Tottenhem 0:0
Hall Siti – Aston Villa 0:0

6 sentyabr

17:00. Everton – Mançester Yunayted
19:30. Arsenal – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: