La Liqa: “Vilyarreal” evdə “Deportivo”ya uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Atletik”lə qarşılaşmış “Atletiko” 3 cavabsız qolla məğlub olub. Beş qolun qeydə alındığı “Rayo Valyekano” – “Rasinq” matçında meydan sahibləri, “Vilyarreal” – “Deportivo” görüşündə isə qonaqlar qalib gəliblər.

Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 6-da və 7-də baş tutacaq.

İspaniya, La Liqa
3-cü tur

4 sentyabr

Betis – Real 1:0

5 sentyabr

Atletik – Atletiko 3:0
Rayo Valyekano – Rasinq 3:2
Vilyarreal – Deportivo 2:3

6 sentyabr

18:15. Valensiya – Barselona
20:30. Alaves – Osasuna
20:30. Malaqa – Levante
23:00. Espanyol – Sevilya

7 sentyabr

21:00. Xetafe – Selta
23:30. Elçe – Real Sosyedad

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: