Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Mançester Yunayted” də bu gün növbəti oyununu keçirib. “Qırmızı şeytanlar” 3-cü turda səfərdə “Everton”la üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb.
Qeyd edək ki, “Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Sabah”ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
3-cü turun qapanış matçında isə “Arsenal” “Çelsi”ni qəbul edib. Üç qolun qeydə alındığı London derbisi son çempionun qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 3 turdan sonra “Mançester Siti” və “Arsenal” 9 xal toplayıblar. “Hall Siti” 7 xalla üçüncü, “Çelsi” 6 xalla dördüncüdür.
İngiltərə, Premyer Liqa
3-cü tur
4 sentyabr
İpsviç Taun – Liverpul 0:2
5 sentyabr
Nyukasl – Bornmut 2:2
Brentford – Sanderlend 1:1
Brayton – Lids 1:1
Fulhem – Kristal Pelas 2:3
Mançester Siti – Koventri Siti 1:0
Nottingem Forest – Tottenhem 0:0
Hall Siti – Aston Villa 0:0
6 sentyabr
Everton – Mançester Yunayted 2:2
Arsenal – Çelsi 2:1


