Erik Qarsiya növbəti dəfə burnunu sındırdı

İspaniya La Liqasının 4-cü turunda “Valensiya”ya qarşı matç (5:0) “Barselona”nın müdafiəçisi Erik Qarsiya üçün uğursuz alınıb.

Arena.az xəbər verir ki, ispan futbolçunun bu görüşdə burnu sınıb.

Qarsiya ilk hissədə künc zərbəsi zamanı komanda yoldaşı Rodri ilə toqquşub. Hadisədən sonra əvəzlənən müdafiəçinin cərrahi əməliyyata ehtiyacı olub-olmaması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Cərrahi müdaxiləyə gərək qalmazsa, o, məşqləri və oyunlarda iştirakını xüsusi qoruyucu maskada davam etdirə biləcək.

Xatırladaq ki, Erik Qarsiya 2025-ci ilin noyabrında, UEFA Çempionlar Liqasının liqa mərhələsində “Brügge” ilə matçda (3:3) da oşxar zədə almışdı. Həmin vaxt əməliyyata ehtiyac duyulmamış və futbolçu bir müddət qoruyucu maskada oynamaq məcburiyyətində qalmışdı.

“Barselona” növbəti oyununu sentyabrın 9-da UEFA Çempionlar Liqasının 1-ci turunda “Feyenoord”a qarşı keçirəcək. Kataloniya təmsilçisi ÇL-in Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: