Futbol üzrə İspaniya millisinin və “Barselona”nın hücumçusu Lamin Yamal bu il “Qızıl top”u qazanmaq şansının olduğunu bildirib.
Arena.az xəbər verir ki, 19 yaşlı vinger həm klub, həm də milli komanda səviyyəsində möhtəşəm mövsüm keçirdiyini və dünyanın ən nüfuzlu fərdi mükafatı uğrunda mübarizə aparmağa hazır olduğunu söyləyib:
“Düşünürəm ki, bu, məndən deyil, jurnalistlərdən asılıdır. Həm klubda, həm də milli komandada inanılmaz iş gördüm. Əgər məni mükafatlandırsalar, hər kəsə minnətdar olacağam. Düşünürəm ki, şansım var”, – deyə Yamal AS-a açıqlamasında bildirib.
İspaniyalı futbolçu ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 45 rəsmi oyuna çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə verib. O, Kataloniya klubu ilə İspaniya çempionu olub.
Lamin Yamal bu il İspaniya millisinin heyətində isə dünya çempionluğunu qazanaraq tarixi uğura imza atıb.


