La Liqa: “Real” “Rayo Valyekano”ya 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Atletik” – “Elçe” matçında qalib müəyyənləşməyib. “Osasuna” doğma meydanda “Espanyol”a 2 cavabsız qolla uduzub. “Rasinq” “Alaves”i, “Real” isə “Rayo Valyekano”nu məğlub yola salıb.

Qeyd edək ki, 5-ci turun qalan oyunları sentyabrın 13-də və 14-də keçiriləcək.

İspaniya, La Liqa
5-ci tur

11 sentyabr

Sevilya – Valensiya 1:0

12 sentyabr

Rasinq – Alaves 2:1
Osasuna – Espanyol 0:2
Atletik – Elçe 1:1
Real – Rayo Valyekano 4:1

13 sentyabr

16:00. Selta – Malaqa
18:15. Levante – Barselona
20:30. Xetafe – Deportivo
23:00. Real Sosyedad – Atletiko

14 sentyabr

23:00. Vilyarreal – Betis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: