Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Çelsi” – “Hall Siti” və “Bornmut” – “Brentford” matçlarında qalib müəyyənləşməyib. “Liverpul” “Fulhem”lə, “Tottenhem” isə “Everton”la ev oyunundan qolsuz heç-heçə ilə ayrılıb. “Aston Villa” evdə “Nottingem Forest”ə, “Kristal Pelas” “İpsviç Taun”a, “Sanderlend” isə son çempion “Arsenal”a məğlub olub.
Qeyd edək ki, 4-cü turun qalan oyunları sentyabrın 13-də və 14-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
4-cü tur
12 sentyabr
Aston Villa – Nottingem Forest 1:2
Kristal Pelas – İpsviç Taun 2:3
Liverpul – Fulhem 0:0
Tottenhem – Everton 0:0
Çelsi – Hall Siti 2:2
Bornmut – Brentford 2:2
Sanderlend – Arsenal 0:2
13 sentyabr
17:00. Koventri Siti – Brayton
19:30. Mançester Yunayted – Mançester Siti
14 sentyabr
23:00. Lids – Nyukasl


