Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Koventri Siti” doğma meydanda “Brayton”a 5 cavabsız qolla məğlub olub. “Mançester Yunayted”lə “Mançester Siti” arasındakı derbidə də qələbəni qonaqlar bayram ediblər.
Qeyd edək ki, 4-cü tura sentyabrın 14-də keçiriləcək “Lids” – “Nyukasl” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
4-cü tur
12 sentyabr
Aston Villa – Nottingem Forest 1:2
Kristal Pelas – İpsviç Taun 2:3
Liverpul – Fulhem 0:0
Tottenhem – Everton 0:0
Çelsi – Hall Siti 2:2
Bornmut – Brentford 2:2
Sanderlend – Arsenal 0:2
13 sentyabr
Koventri Siti – Brayton 0:5
Mançester Yunayted – Mançester Siti 0:1
14 sentyabr
23:00. Lids – Nyukasl


