Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun bu gün keçirilmiş “Zirə” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.
Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
5-ci tur
13 sentyabr
“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrila, 55 – Aleksey Kaşuk, 65.
Sarı vərəqələr: İsmayıl İbrahimli, 28 (qeyri-idman hərəkəti). Hacıağa Hacılı, 85 (qeyri-idman hərəkəti) – Mateus Silva, 50 (qeyri-idman hərəkəti). Bense Varkonyi, 70 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 1300 tamaşaçı.
Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Rauf Cabbarov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə: 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrilla (11. Ayxan Hüseynov, 81), 17. Vieyrinya (8. İsmayıl İbrahimli, 27), 5. Ange Mutsinzi, 27. Bayere Lue (9. Davit Volkov, 61), 16. Ktatau (6. Hacıağa Hacılı, 81), 33. Mehdi Mçaxçex.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı (19. Taofik İsmail, 64), 8. Marko Yankoviç (k) (11. Reda Xadra, 90), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Xoni Montiel (88. Samuel Lobato, 71), 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib (21. Aleksey Kaşuk, 64), 35. Pedro Bikalyo (33. Dieqo Rosa, 64), 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.


