Zamiq Əliyev oynamadı, “Eqnatiya” ilk məğlubiyyətini aldı

Azərbaycanlı müdafiəçi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının “Elbasani” ilə oyununda iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində bu gün “Elbasani” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Əliyev bu görüşün sonuna qədər ehtiyatda qalıb.

Yeni mövsümə uğurlu başlamış “Eqnatiya” ardıcıl 3 qələbədən sonra ilk məğlubiyyətini qalıb. Sözügedən komanda hazırda 4 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 82 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: