Murad Məmmədov 3-cü turda da şans qazanmadı

Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının növbəti çempionat matçını da buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü turu çərçivəsində AEK (Larnaka) ilə qarşılaşıb.

“Pafos” səfərdə baş tutmuş bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Məmmədovun komandası 3 turdan sonra 7 xalla vahid liderdir. “Pafos” 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.

“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu bu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: