Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Selta” – “Malaqa” və “Xetafe” – “Deportivo” matçlarında qalib müəyyənləşməyib. Altı qolluq “Levante” – “Barselona” oyunu son çempionun inamlı qələbəsi ilə yekunlaşıb. “Real Sosyedad”ın qonağı olmuş “Atletiko” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
Qeyd edək ki, 5-ci tura sentyabrın 14-də keçiriləcək “Vilyarreal” – “Betis” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
5-ci tur
11 sentyabr
Sevilya – Valensiya 1:0
12 sentyabr
Rasinq – Alaves 2:1
Osasuna – Espanyol 0:2
Atletik – Elçe 1:1
Real – Rayo Valyekano 4:1
13 sentyabr
Selta – Malaqa 1:1
Levante – Barselona 2:4
Xetafe – Deportivo 1:1
Real Sosyedad – Atletiko 0:3
14 sentyabr
23:00. Vilyarreal – Betis


