Karrik: “Halandın qolu mübahisəli idi”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Premyer Liqanın 4-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların “Old Trafford”da baş tutmuş görüşündə meydan sahibləri 0:1 hesabı ilə məğlub olublar.

“Qırmızı şeytanlar” 23-cü dəqiqədən rəqib azlıqda qalmasına baxmayaraq, derbidən məğlub ayrılıblar.

Karrik Erlinq Halandın vurduğu qolu da mübahisəli hesab etdiyini bildirib:

“Halandın qolunu hesaba almaq? Bu, mənim üçün anlaşılmazdır. Rəqib 10 nəfərlə qaldıqdan sonra məhz biz təhlükəli epizodlar yaratmalı və qol vurmalı idik. İmkanlarımız oldu. Mənə elə gəldi ki, ikinci hissəyə yaxşı başladıq. Ona görə də bərabər heyətlə oynasaydıq, daha yaxşı olduğumuzu deyə bilmərəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: