Vüsal Qənbərov “İmişli”ni “Şəfa”ya dəyişdi

“İmişli”nin hücumameyilli yarımmüdafiəçisi Vüsal Qənbərov bundan sonra Premyer Liqanın digər təmsilçisi “Şəfa”da çıxış edəcək.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 23 yaşlı oyunçu “Şəfa” komandasına keçib. “İmişli” Vüsala xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən “İmişli”də çıxış edirdi. O, əyalət təmsilçisinin heyətində 21 oyuna çıxsa da, cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Səbail”, “İrəvan” və “Şamaxı” kimi klubların da formasını geyinib.

Qənbərov vaxtilə Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da oynayıb. Amma ona gənclərdən ibarət millimizdə və əsas yığmada debüt etmək qismət olmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: