Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Şəmkir” – “Kür-Araz” matçında qalib müəyyənləşməyib. Doqquz qolluq “Şəki” – “Qaradağ Lökbatan” görüşündə isə qonaqlar darmadağına seviniblər. “Ağdaş” “Difai”ni səfərdə, “Şirvan” isə “Hypers”i tək qolla məğlub edib.
İkinci Liqa
3-cü tur
13 sentyabr
“Ağstafa Gəncləri” – “Dinamo” 3:1
Qollar: Elgün Namazov, 49. Elçin Qasımov, 57; 82 – Elvin Cahangirli, 34.
Hakimlər: Rəsul Babayev, Samir Cabbarov, Ağadur Mahmudov, Nəriman Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Ağstafa şəhər stadionu, 16:00.
“Zəngəzur” – “Marafon” 2:4
Qollar: Elgün Abbaslı, 7-pen. Tural Qurbatov, 27 – Elməddin Hüseynzadə, 61. Nodar Məmmədov, 64. İlham Allahverdiyev, 67. Emin Quliyev, 72.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.
14 sentyabr
“Şəki” – “Qaradağ Lökbatan” 1:8
Qollar: Tural Məmmədzadə, 18 – Sabir Allahquliyev, 16; 34; 89. Təmraz Əmircanov, 20. Ramil Orucov, 28. Əjdər Hacılı, 59. Kamil Mahmudov, 64. Əli Əlizadə, 72.
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Difai” – “Ağdaş” 0:1
Qol: Ümid Mahmudov, 64.
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Şirvan” – “Hypers” 1:0
Qol: Amil Yunanov, 78.
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Şəmkir” – “Kür-Araz” 3:3
Qollar: Elşən Abdullayev, 8. İsa İsayev, 36. Pərvaz Məhərrəmli, 54 – Bayram Əliyev, 4. Ülvi Quliyev, 14-pen; 60.
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.



