Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda debütant “Şəfa” son çempion “Sabah”ı qəbul edib. “Sumqayıt Arena”da baş tutmuş qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olub. “Bayquşlar” səfər matçında 3 xalı 3 cavabsız qolla qazanıblar.
Premyer Liqa
5-ci tur
14 sentyabr
“Şəfa” – “Sabah” 0:3
Qollar: Patrik Mbina, 25. Abdulla Xaybullayev, 30. Velko Simiç, 69.
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena”, 19:00.
Şəfa: 1. Nicat Mehbalıyev, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 66. Nurhan Abdıyev, 8. Vlad Pop, 22. Umar Diav.
Baş məşqçi: Zaur Həşimov.
Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 27. Timoteuş Puxaç (k), 37. Du Keyros, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 23. Yunes Laşaab.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 1. Amin Ramazanov, 16. Rauf Rüstəmli, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Junior Almeyda, 88. Rodriqo Fernandes, 18. Karlos Eduardo, 8. Kristian Nvaçukvu, 35. Cafet Bulus.
Baş məşqçi: Valdas Dambrauskas.


