PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Fransa çempionatının 4-cü turunda “Brest”ə qarşı keçirdikləri oyunda bud əzələsindən yüngül zədə alıb.
Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
“Brest”in meydanında baş tutmuş qarşılaşmada PSJ 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan Hakimi zədələndikdən sonra 39-cu dəqiqədə oyunu tərk edib.
27 yaşlı müdafiəçi bir neçə gün ərzində klubun tibbi heyətinin nəzarəti altında olacaq. Futbolçunun zədəsinin nə qədər müddətə yaşıl meydanlardan uzaq qalmasına səbəb olacağı ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Əşrəf Hakimi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 7 matç keçirib və bu qarşılaşmalarda məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Qeyd edək ki, PSJ Fransa çempionatının 5-ci turunda sentyabrın 20-də səfərdə Marsel “Olimpik”i ilə qarşılaşacaq. Hakiminin həmin oyunda iştirakı zədəsinin bərpa prosesindən asılı olacaq.


