Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun növbəti oyun günündə daha üç qarşılaşma baş tutub.
Əslində, bu gün dörd oyun keçirilməli idi. Lakin “Levante” – “Atletik” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Baş tutan oyunlara gəlincə, “Deportivo” evdə “Sevilya”ya məğlub olub. “Atletiko” “Osasuna”nı, “Barselona” isə “Rasinq”i böyük hesabla yenib.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri sentyabrın 17-də keçiriləcək.
İspaniya, La Liqa
6-cı tur
3 sentyabr
Real Sosyedad – Selta 0:0
15 sentyabr
Rayo Valyekano – Espanyol 2:1
Alaves – Valensiya 0:1
Elçe – Real 2:3
16 sentyabr
Atletiko – Osasuna 4:0
Deportivo – Sevilya 0:1
Barselona – Rasinq 7:2
Levante – Atletik matçı təxirə salınıb
17 sentyabr
21:00. Betis – Xetafe
23:30. Malaqa – Vilyarreal


