La Liqa: “Vilyarreal” səfərdə, “Betis” evdə qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun növbəti oyun günündə daha iki qarşılaşma baş tutub.

“Betis” doğma meydanda qarşılaşdığı “Xetafe”ni tək qolla üstələyib. Dörd qolun qeydə alındığı “Malaqa” – “Vilyarreal” görüşündə isə qonaqlar inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, bu turun “Levante” – “Atletik” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı. Sözügedən oyunun oktyabrın 21-də keçirilməsinə qərar verilib.

İspaniya, La Liqa
6-cı tur

3 sentyabr

Real Sosyedad – Selta 0:0

15 sentyabr

Rayo Valyekano – Espanyol 2:1
Alaves – Valensiya 0:1
Elçe – Real 2:3

16 sentyabr

Atletiko – Osasuna 4:0
Deportivo – Sevilya 0:1
Barselona – Rasinq 7:2
Levante – Atletik
matçı təxirə salınıb

17 sentyabr

Betis – Xetafe 1:0
Malaqa – Vilyarreal 1:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: