Bu gün keçirilmiş oyunla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Brentford” doğma meydanda “Çelsi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun qonaqlar üçün uğursuz alınıb. London təmsilçisi səfərdə darmadağına üzülüb.
5-ci turun qalan görüşləri sentyabrın 19-da və 20-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
5-ci tur
18 sentyabr
Brentford – Çelsi 3:0
19 sentyabr
15:30. Tottenhem – Aston Villa
18:00. Brayton – Arsenal
18:00. Everton – İpsviç Taun
18:00. Nyukasl – Hall Siti
20:30. Nottingem Forest – Koventri Siti
20 sentyabr
17:00. Bornmut – Liverpul
17:00. Lids – Kristal Pelas
17:00. Mançester Siti – Sanderlend
19:30. Fulhem – Mançester Yunayted


