“Barselona”nın hücumçusu Lamin Yamal “Real”ın forvardı Kilian Mbappe ilə rəqabəti və dünyanın ən yaxşı futbolçusu olmaq iddiası barədə danışıb.
Arena.az xəbər verir ki, ispaniyalı futbolçu “Movistar” telekanalına müsahibəsində hər ikisinin dünyanın ən yaxşı oyunçusu adına iddialı olduğunu bildirib.
“Mbappe hazırda “Real”da çıxış edir, mən isə “Barselona”nın rənglərini qoruyuram. Beləliklə, aramızda əsl birbaşa rəqabət var. Bu mərhələdə qazandığım kubokların sayına görə artıq onu qabaqlamışam.
Düşünürəm ki, mən də, Mbappe də dünyanın ən yaxşı futbolçusu adına tam şəkildə iddialıyıq. Amma obyektiv yanaşsaq, hesab edirəm ki, bu il “Qızıl top”a tamamilə mən layiqəm”, – Yamal deyib.
Xatırladaq ki, Madrid “Real”ı ilə “Barselona” İspaniyada ən əzəli rəqiblərdən hesab edilirlər.


