21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qeyd edək ki, U-21 millimiz sentyabrın 25-də evdə Çexiya, 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da isə evdə Cəbəllüttariqlə üz-üzə gələcək.
Bu oyunlar üçün komandamıza 25 oyunçu dəvət alıb. Onların arasında Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən Nəriman Axundzadə də var. Hansı ki, onun əsas millimizə dəvət alacağı gözlənilsə də, Ayxan Abbasov onu heyətə daxil etməmişdi.
- Sadiq Məmmədzadə (İmişli)
- Səlim Həşimov (Gəncəbasar)
- Xəyal Fərzullayev (Sumqayıt)
- Emin Rüstəmov (Şamaxı)
- Elgün Dünyamalıyev (Sabah)
- Raul Məmmədov (MOİK)
- Ceyhun Bağırzadə (Şamaxı)
- Əkbər Eyubov (İmişli)
- Ayxan Süleymanlı (Sumqayıt)
- Hacıəli Şirəliyev (Şamaxı)
- Sənan Muradlı (Şamaxı)
- Eşqin Əhmədov (Qəbələ)
- Bilal İsmayılov (MOİK)
- Nuğay Rəşidov (Qəbələ)
- Emil Süleymanov (Şamaxı)
- Hikmət Cəbrayılzadə (Qarabağ)
- Şahin Şahniyarov (Qəbələ)
- Okan Təhmazlı (Şamaxı)
- Elyas Bağcı (Herta, Almaniya)
- Nəriman Axundzadə (Ərzurumspor, Türkiyə)
- Nahid Əliyev (Şəfa)
- Lorenzo Mezzotero (Sampdoriya, İtaliya)
- Ağadadaş Salyanski (Araz-Naxçıvan)
- Mustafa Kamara (Sent-Trüden, Belçika)
- Nihad Əhmədzadə (Sumqayıt)


