Əli Səmədov: “Azarkeşlərimiz rəqibləri qorxuya salırlar”

Premyer Liqada çıxış edən “Kəpəz”in kapitanı Əli Səmədov klubun rəsmi saytına müsahibə verib, komandanın çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi müsahibə zamanı cari mövsümdə “sarı-göylər”in qarşısına qoyulan hədəfdən, öz oyunundan, eləcə də “Sumqayıt”la sabahkı görüşdən danışıb:

“Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışıq. Dörd oyunun ikisində qalib gəlmişik, digər ikisində isə uduzmuşuq. Fikrimcə, çempionatın startını komandamız üçün qənaətbəxş saymaq olar”.

Əli Səmədov gəncəli azarkeşlərin komandaya dəstəyini də xüsusi qeyd edib:

“Bizim mükəmməl azarkeşlərimiz var. Onlar doğma stadionda rəqiblərimizi qorxuya salırlar. Bu ab-havada oynamaq hər qonaq komanda üçün asan deyil. Fanatlar həmişə qələbə istəyirlər, tələbləri ciddi olur. Amma unutmaq lazım deyil ki, bizim də heyətimizə uyğun müəyyən potensialımız var. Hər bir halda, doğma publika önündə bütün ev oyunlarımızı qələbə ilə başa vurmağa çalışırıq. Fürsətdən istifadə edib bizə dəstək göstərən azarkeşlərimizin hamısına təşəkkürümü çatdırıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: