Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Roma” – “İnter” matçında qalib müəyyənləşməyib. “Bolonya” – “Torino” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Udineze” evdə “Kalyari”yə, “Venesiya” isə “Latsio”ya məğlub olub.
5-ci turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək.
İtaliya, A Seriyası
5-ci tur
18 sentyabr
Montsa – Sassuolo 2:1
19 sentyabr
Bolonya – Torino 1:1
Udineze – Kalyari 0:1
Roma – İnter 2:2
Venesiya – Latsio 0:2
20 sentyabr
14:30. Fiorentina – Napoli
17:00. Frozinone – Komo
17:00. Parma – Cenoa
20:00. Yuventus – Atalanta
22:45. Milan – Leççe


