Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Paris” doğma meydanda “Strasburq”a, “Anje” “Trua”ya, “Le Man” “Loryan”a, “Tuluza” “Havr”a qalib gəlib. Lion “Olimpik”i də “Renn”lə ev oyununda 4 cavabsız qola sevinib.
Qeyd edək ki, 5-ci turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək.
Fransa, Liqa 1
5-ci tur
18 sentyabr
Monako – Lans 2:1
19 sentyabr
Paris – Strasburq 2:1
Anje – Trua 2:0
Le Man – Loryan 2:1
Olimpik (Lion) – Renn 4:0
Tuluza – Havr 3:2
20 sentyabr
17:00. Oser – Brest
19:15. Nitsa – Lill
22:45. Olimpik (Marsel) – PSJ


