Polşa milli komandasının və İtaliyanın “Yuventus” klubunun qapıçısı Kamil Qrabara sağ dizinin ön çarpaz bağından zədə alıb.
Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qolkiper komandanın şənbə günü keçirilmiş məşqi zamanı zədələnib. Tibbi müayinələr nəticəsində onun sağ dizinin ön çarpaz bağının qopduğu müəyyənləşib.
Klubun açıqlamasında bildirilib ki, Qrabara yaxın günlərdə ortoped həkimlə məsləhətləşəcək. Bundan sonra futbolçunun müalicə planı müəyyənləşdiriləcək.
Qeyd edək ki, Kamil Qrabara avqust ayından “Yuventus”da çıxış edir. O, Almaniyanın “Volfsburq” klubundan satınalma hüququ ilə icarəyə götürülüb.
Polşalı qapıçı Turin təmsilçisinin heyətində debütünü Avropa Liqasında NЕК-lə qarşılaşmada edib. “Yuventus”un 5:0 hesablı qələbəsi ilə başa çatmış görüşdə Qrabara məhsuldar ötürmə ilə yadda qalıb.
Qolkiper daha əvvəl İngiltərənin “Liverpul” və Danimarkanın “Orhus” klublarında çıxış edib.


