Daniel Maldini ardıcıl ikinci oyunda qələbə qolunu vurdu

“Kalyari”nin yarımmüdafiəçisi Daniel Maldini İtaliya A Seriyasının 5-ci turunda “Udineze” ilə səfər matçında komandasına qələbə qazandıran qolun müəllifi olub.

Arena.az xəbər verir ki, qarşılaşma “Kalyari”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Maldini matçın 54-cü dəqiqəsində fərqlənib.

Beləliklə, 24 yaşlı futbolçu ardıcıl ikinci oyunda qələbə qolunu vurub. O, sentyabrın 12-də “Atalanta” ilə görüşdə də (2:1) komandasının qələbəsini təmin edən qola imza atmışdı.

Xatırladaq ki, sentyabrın 13-də Maldininin Milanda oyundan sonra yol-nəqliyyat hadisəsinə düşdüyü barədə məlumat yayılmışdı. “La Gazzetta dello Sport” futbolçunun alkoqol və narkotik testindən keçə bilmədiyini yazsa da, “Kalyari” bu məlumatı təkzib edib.

Daniel Maldini əfsanəvi Paolo Maldininin oğludur. O, cari mövsümdən “Kalyari”də çıxış edir. Futbolçu daha əvvəl “Latsio”, “Atalanta”, “Spetsiya”, “Montsa”, “Empoli” və “Milan” klublarında oynayıb. Yarımmüdafiəçi “Milan”ın heyətində 2021/2022-ci illər mövsümündə İtaliya çempionu olub.

İtaliya millisinin də üzvü olan yarımmüdafiəçi yığmanın heyətində 6 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: