İkinci Liqa: 4-cü turun bütün təyinatları bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turunun təyinatları məlum olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

4-cü tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan görüşləri isə sabah baş tutacaq.

İkinci Liqa
4-cü tur

20 sentybar

“Şirvan” – “Şəki”
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Marafon” – “Ağstafa Gəncləri”
Hakimlər: Rasim Musayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

21 sentyabr

“Ağdaş” – “Zəngəzur”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Ağdaş şəhər stadionu, 15:30.

“Hypers” – “Dinamo”
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bərdə şəhər stadionu, 15:30.

“Kür-Araz” – “Difai”
Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: