Bu gün keçiriləcək oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edib.
Gəncə şəhər stadionunda baş tutmuş oyunu FİFA referisi Əliyar Ağayev idarə edib. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Premyer Liqa
6-cı tur
20 sentyabr
“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Kennet Kalunqa, 86 – Mamadi Banqre, 35.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 19:00.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namik Ələskərov, 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 70. Şahnur İsmayılov, 33. Blessinq Olabiran.
Baş məşqçi: Azər Məmmədov.
Sumqayıt: 16. Marko Yohansson, 29. Emil Mustafayev, 9. Jeam Oliveyra, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 7. Rüstəm, Əhmədzadə, 20. Ayxan Süleymanlı, 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.


