Liqa 1: PSJ Marseldən çətin qələbə ilə qayıtdı

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Oser” doğma meydanda “Brest”ə, “Nitsa” isə “Lill”ə oxşar hesabla (2:1) qalib gəlib. Səfərdə Marsel “Olimpik”i ilə üz-üzə gəlmiş son çempion PSJ də turu qələbə ilə başa vurub.

Beləliklə, geridə qalmış 5 turdan sonra 13 xala malik “Monako” vahid liderdir. Lion “Olimpik”i ilə “Paris” 11, “Lill” və “Renn” 10, PSJ isə 8 xal toplayıblar.

Fransa, Liqa 1
5-ci tur

18 sentyabr

Monako – Lans 2:1

19 sentyabr

Paris – Strasburq 2:1
Anje – Trua 2:0
Le Man – Loryan 2:1
Olimpik (Lion) – Renn 4:0
Tuluza – Havr 3:2

20 sentyabr

Oser – Brest 2:1
Nitsa – Lill 2:1
Olimpik (Marsel) – PSJ 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: