Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde İspaniya La Liqasının 7-ci turunda “Atletiko” ilə oyunda (1:2) zədələnib.
Arena.az xəbər verir ki, uruqvaylı futbolçu qarşılaşmanı sona qədər davam etdirə bilməyib.
O, ilk hissənin 45-ci dəqiqəsində zədələnib. Həmin epizodda “Atletiko”nun yarımmüdafiəçisi Li Kan İn mərkəz dairəsinin yaxınlığında Valverdenin topuq nahiyəsinə şpilkalı buts ilə basıb.
Lakin görüşün baş hakimi Migel Anxel Ortis Arias epizodda qayda pozuntusu qeydə almayıb və meydan sahiblərinin futbolçusunu cəzalandırmayıb. Həmin toqquşma zamanı Valverdenin topuğu zədələnib. Onun bərpasının 2-3 həftə çəkəcəyi gözlənilir.
Böyük ehtimalla, Federiko Valverde qarşıdakı beynəlxalq fasiləni buraxacaq. Belə ki, 27 yaşlı futbolçunun qarşıdakı oyunlar üçün Uruqvay milli komandasının düşərgəsinə qoşulmayacağı bildirilir.


