“Yuventus”un baş məşqçisi Lusiano Spalletti İtaliya A Seriyasının 5-ci turunda “Atalanta”ya qarşı keçirilən oyunu dəyərləndirib.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gecə baş tutmuş görüşü Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Spalletti bu qələbənin ötən turdakı uğursuzluqdan sonra komanda üçün vacib olduğunu bildirib:
“Bu gün bəzi epizodlarda müdafiə olunmalı olduq. İkinci hissədə oyun bərabər səviyyədə keçdi. Boş sahələr yaranmağa başladığı üçün rəqibə daha çox problem yarada bilərdik. “Sassuolo”ya məğlubiyyət bizim üçün çətinliklər yaratdı və öz gücümüzə müəyyən şübhələr doğurdu. Qələbə qazanmağımız yaxşı oldu”, – deyə italiyalı mütəxəssis bildirib.
Xatırladaq ki, “Yuventus” “Atalanta”dan öncə “Sassuolo”ya 2:3 hesabıyla məğlub olmuşdu. Turin təmsilçisi 5 turdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb.


