“Kəpəz” üçün 150-ci heç-heçə

Premyer Liqada mübarizə aparan “Kəpəz” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsinə imza atıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turunun “Sumqayıt”la görüşünə təsadüf edib – 1:1.

Gəncə klubu 720-ci qarşılaşmada 150-yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atmış 5-ci komandadır.

Xatırladaq ki, gəncəlilərin milli çempionatdakı ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin “Pambıqçı” klubu ilə səfər görüşü qolsuz başa çatıb.

“Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 5 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Gəncə təmsilçisi 7 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komandanın bir oyunu da təxirə salınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: