Luis de la Fuente ilə 6 illik yeni müqavilə!

İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu. Bir müddət öncə federasiya prezidenti Rafael Lusan təcrübəli məşqçi ilə 2030-cu ilədək yeni müqavilə barədə razılığa gəlindiyini açıqlamışdı. Amma görünür, son anda tərəflər müqavilənin daha uzunmüddətli olmasına qərar veriblər.

65 yaşlı de la Fuente 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma dünya və Avropa çempionluqlarını, həmçinin Millətlər Liqasının qalibi adını qazanıb.

Luis de la Fuente daha əvvəl İspaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çalışıb. O, 2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət komanda ilə Avropa çempionu olub. 2019-cu ildə isə 21 yaşadək futbolçulardan ibarət yığmanı Avropa çempionatının qalibi edib.

İspaniya millisi onun rəhbərliyi altında Tokio Olimpiadasında da uğur qazanaraq gümüş medal əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: