“Sumqayıt” və “Qarabağ”dan Pakistan millisinə

“Sumqayıt”ın müdafiəçiləri İsa Suliman və İmani Barker müvafiq olaraq Pakistan və Fransa Qvianası millilərinə dəvət alıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə qeyd edilir ki, Pakistan “FIFA ASEAN Cup” turnirinin B qrupunun oyunları çərçivəsində Tailand, Filippin və Vyetnam milliləri ilə qarşılaşacaq.

Fransa Qvianası isə CONCACAF Millətlər Liqasının B Liqasının D qrupunun oyunları çərçivəsində Sent-Vinsent və Qrenadinlər, Sent-Marten və Beliz milliləri ilə qarşılaşacaq. “Sumqayıt”ın futbolçuları da qarşıdakı oyunlarda iştirak hüququ əldə ediblər.

Yeri gəlmişkən, Pakistan millisinin İndoneziyada keçiriləcək “FIFA ASEAN Cup” üçün açıqlanmış heyətində Azərbaycanda çıxış edən daha bir futbolçu iştirak hüququ qazanıb. Baş məşqçi Nolberto Solanonun yer verdiyi 23 futbolçu sırasında “Qarabağ” akademiyasında çıxış edən 17 yaşlı hücumçu Abdul Samad da var.

Maraq üçün xatırladaq ki, “FIFA ASEAN Cup” turnirinin mükafat fondu 4 milyon dollardır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: