Azərbaycan millisi Bakıda Taikicistan yığması ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün rəsmi oyunlar öncəsi Bakıda Tacikistan yığması ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Arena.az xəbər verir ki, sözügedən komandalar 8-ci km qəsəbə stadionunda üz-üzə gələcəklər.

Oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı hakimlər idarə edəcəklər.

Xatırladaq ki, komandamız UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva yığmasının qonağı olacaq. “Darius and Girenas” stadionunda baş tutacaq görüşə saat 17:00-da start veriləcək. Oktyabrın 1-də millimizi Bakıda Lixtenşteynlə görüş gözləyir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək. Azərbaycan millisinin bu toplanışdakı sonuncu oyunu da Litva yığmasına qarşı olacaq. Oktyabrın 4-də 8-ci km stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.

Bir sözlə, bu rəsmi oyunlar öncəsində Azərbaycan millisi Tacikistan yığması ilə yoxlama görüşü keçirməklə daha hazırlıqlı vəziyyətə gəlməyi hədəfləyib. Baş məşqçi Ayxan Abbasov sözügedən oyunlara aşağıdakı 30 futbolçunu cəlb edib:

Aydın Bayramov – Zirə
Rəvan Mirzəmmədov – Sabah
Emil Balayev – Neftçi
Bədavi Hüseynov – Qarabağ
Murad Xaçayev – Neftçi
Cəlal Hüseynov – Petrolul (Rumıniya)
Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
Rahil Məmmədov – Turan Tovuz
Elvin Bədəlov – Neftçi
Rəhman Daşdəmirov – Sabah
Toral Bayramov – Bursaspor (Türkiyə)
Tellur Mütəllimov – Sabah
Rüfət Abbasov – Neftçi
Ceyhun Nuriyev – Araz-Naxçıvan
Edqar Adilxanov – Şamaxı
Emin Mahmudov – Neftçi
Fərid Yusifli – Şəfa
Rəhim Sadıxov – Turan Tovuz
Rüfət Abdullazadə – Kiryat Şmona (İsrail)
Emil Səfərov – Neftçi
Abdulla Xaybullayev – Sabah
Aleksey İsayev – Sabah
Oruc Məmmədov – Şamaxı
Ayxan Hüseynov – Zirə
Anatoli Nuriyev – Kişvarda (Macarıstan)
Mustafa Əhmədzadə – Araz-Naxçıvan
Vüsal İsgəndərli – Malişeva (Kosovo)
Musa Qurbanlı – Qarabağ
Mahir Emreli – Rakuv (Polşa)
Renat Dadaşov – Bukovina (Ukrayna)

Yoxlama oyunu
23 sentyabr

Azərbaycan – Tacikistan
Baş hakim: Roman Jitari (Moldova).
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova).
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan).
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan).
AVAR: Kamran Bayramov (Azərbaycan).
8-ci km qəsəbə stadionu. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: