Türkiyəli futbol mütəxəssisi Burak Super Liqanın yeni iştirakçısı “Çorum” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Çorum təmsilçisi mövsümə Uğur Uçarın rəhbərliyi altında başlamışdı. Amma ötən gün klub onunla yollarını ayırıb. Klub rəhbərliyi onun əvəzində Burak Yılmazla razılığa gəlib.
Klub 41 yaşlı mütəxəssisin komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb. Bildirilir ki, tərəflər 3 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Burak Yılmaz son olaraq “Qaziantep”i çalışdırıb. Aprel ayından işsiz olan mütəxəssis məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. O, daha sonra “Kayserispor” və “Kasımpaşa” komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.
“Çorum” cari mövsümdə Super Liqada keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. 7 xalı olan komanda yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


