Almaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Camal Musiala səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Arena.az xəbər verir ki, futbolçu Almaniya millisinin düşərgəsində zədə alıb.
O, UEFA Millətlər Liqasında Niderlanda qarşı keçirdikləri oyundan (1:1) əvvəl isinmə zamanı zədələnib. Futbolçu bu səbəbdən milli komandanın düşərgəsini vaxtından əvvəl tərk edib.
Jurnalist Kerri Hauyun məlumatına görə, Musialaya bud əzələsində qismən cırılma diaqnozu qoyulub. Bu zədə səbəbindən onun bərpasının 3-4 həftə çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Camal Musiala cari mövsümdə “Bayern”in heyətində 4 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Almaniya yığmasında daha öncə Kay Haverts də Niderlandla oyunda aldığı zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalmışdı.


