Kilian Mbappe Türkiyə ilə oyunda zədələndi

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümü Fransa millisinin hücumçusu Kilian Mbappe üçün uğursuz başlayıb.

Arena.az xəbər verir ki, ulduz futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Türkiyə millisinə qarşı keçirdikləri səfər oyununda zədələnib.

27 yaşlı hücumçu qarşılaşmanın 54-cü dəqiqəsində hesabı açıb. Bundan sonra Mbappe sol dizində problem yarandığı üçün əvəzlənməsini istəyib. Onun zədəsinin nə dərəcədə ciddi olduğuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub, 2022-ci ildə isə Qətərdə keçirilən mundialda gümüş medal qazanıb. O, dünya çempionatları tarixində 22 qolla rekordçudur.

Madrid “Real”ının formasını geyinən hücumçu cari mövsümdə keçirdiyi 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: