Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha 10 qarşılaşma baş tutacaq.
Günün mərkəzi matçında İngiltərə millisi İspaniya seçməsi ilə qarşılaşacaq. Çexiya isə doğma meydanda Xorvatiyanı sınağa çəkəcək.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sabah səfərdə Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
1-ci tur
26 sentyabr
A Liqası, 3-cü qrup
22:45. Çexiya – Xorvatiya
22:45. İngiltərə – İspaniya
B Liqası, 1-ci qrup
17:00. Sloveniya – Şotlandiya
22:45. Şimali Makedoniya – İsveçrə
C Liqası, 4-cü qrup
20:00. Bolqarıstan – Lüksemburq
20:00. İslandiya – Estoniya
C Liqası, 3-cü qrup
20:00. Farer adaları – Qazaxıstan
22:45. Slovakiya – Moldova
C Liqası, 1-ci qrup
20:00. San Marino – Finlandiya
22:45. Albaniya – Belarus


