Olivye Jiru: “Futbolçu kimi son mövsümümdür”

Fransanın “Lill” klubunun formasını geyinən 39 yaşlı hücumçu Olivye Jiru gələn yay futbolçu karyerasını başa vura biləcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, fransalı forvard bu barədə “Ekip” nəşrinə müsahibəsində danışıb?

“Düşünürəm ki, bu, futbolçu kimi son mövsümümdür. Buna görə də hər anın dadını çıxarıram”, – deyə Jiru bildirib.

Karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” və “Los-Anceles” klublarında çıxış etmiş hücumçu 2025-ci ilin yayından “Lill”in formasını geyinir.

Jirunun Fransa klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

Fransa millisinin heyətində 57 qol vuran Olivye Jiru yığmanın tarixində ikinci ən məhsuldar futbolçudur. O, milli komandanın heyətində 2018-ci ildə dünya çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: