Maliyyə problemləri içində üzən Fransanın “Bordo” klubu İngiltərənin “Park Bench” investisiya şirkətinə simvolik olaraq 1 avroya satılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransanın “Ekip” nəşrinin məlumatına görə, sövdələşmə çərçivəsində klubun borc öhdəliklərinə yenidən baxılması və yeni ödəniş planının hazırlanması da nəzərdə tutulub. Yeni planın müddəti əvvəlki 10 il əvəzinə 12 il olacaq.
Görülən tədbirlər nəticəsində klubun borcunun 26 milyon avrodan təxminən 13 milyon avroya qədər azaldılması gözlənilir.
Qeyd edək ki, Fransa çempionatının 6 qat qalibi olan “Bordo” maliyyə problemləri səbəbindən bu ilin iyulunda ölkənin altıncı divizionuna göndərilib.
Xatırladaq ki, sözügedən klub sonuncu dəfə 2009-cu ildə Fransa çempionu olub.


