“Barselona”nın braziliyalı hücumçusu Rafinya futbol üzrə İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən xəbər verir.
29 yaşlı futbolçu ötən ay çempionatın 4 turunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Braziliyalı hücumçu sentyabrda “Valensiya” ilə görüşdə fərqlənib, daha sonra “Rasinq” və “Sevilya” ilə qarşılaşmalarda ardıcıl het-triklərə imza atıb. Hücumçu bu mövsüm Hansi Flikin rəhbərliyi altında mərkəz hücumçusu mövqeyində də çıxış edir.
Braziliya millisinin də üzvü olan futbolçu cari mövsümdə bütün turnirlərdə 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin “Barselona”nın kapitanıdır.
Rafinya mükafat uğrunda səsvermədə Kilian Mbappe (“Real”), Conatan Devid (“Atletiko Madrid”), Serxio Kamelyo (“Rayo Valyekano”) və Fer Ninyonu (“Elçe”) qabaqlayıb. O, avqust ayında da La Liqanın ən yaxşı oyunçusu seçilmişdi.


