Formula 1: Malayziya Maks Ferstappenə düşərli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (16-cı qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Malayziyada təşkil olunub.

Regiondakı müharibə şəraiti səbəbindən Bəhreyn qran-prisinin məhz fərqli ölkədə keçirilməsinə qərar verilib. Bu yarışda “Red Bull”un pilotu Maks Ferstappen qalib olub. 29 yaşlı niderlandlı sürücü 55 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun cari mövsümdə ilk, karyerası ərzində 72-ci zəfərdir.

Cari mövsümün ən uğurlusu olan Kimi Antonelli (“Mersedes”) Malayziyada ikinci olub. Bəhreyn qran-prisində ilk üçlüyü “Ferrari”dən Luis Hamilton qapayıb.

Beləliklə, geridə qalmış 16 mərhələdən sonra Kimi Antonelli (“Mersedes”) 320 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (236) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (214) qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 556 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 405 xalla ikinci, “Maklaren” isə 316 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 17-ci qran-prisi Sinqapurda keçiriləcək. Bu yarış oktyabrın 11-də baş tutacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 320
  2. Corc Rassell (Mersedes) – 236
  3. Luis Hamilton (Ferrari) – 214
  4. Şarl Lekler (Ferrari) – 191
  5. Lando Norris (Maklaren) – 188
  6. Maks Ferstappen (Red Bull) – 188
  7. Oskar Piastri (Maklaren) – 128
  8. İsak Hacar (Red Bull) – 96
  9. Liam Louson (Rasinq Bulls) – 65
  10. Pyer Qasli (Alpin) – 41
  11. Arvid Linblad (Rasinq Bulls) – 38
  12. Franko Kolapinto (Alpin) – 27
  13. Oliver Berman (Haas) – 20
  14. Qabriel Bortoleto (Audi) – 10
  15. Niko Hulkenberq (Audi) – 7
  16. Esteban Okon (Haas) – 7
  17. Fernando Alonso (Aston Martin) – 7
  18. Karlos Sayns (Uilyams) – 7
  19. Aleksander Albon (Uilyams) – 5
  20. Yuki Tsona (Rasinq Bulls) – 1
  21. Serxio Peres (Kadillak) – 0
  22. Valtteri Bottas (Kadillak) – 0
  23. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 556
  2. Ferrari – 405
  3. Maklaren – 316
  4. Red Bull – 298
  5. Rasinq Bulls – 90
  6. Alpin – 68
  7. Haas – 27
  8. Audi –17
  9. Uilyams – 12
  10. Aston Martin – 7
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: