AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Kifayət Mustafayevaya 2027-ci ildə qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun 1-ci raundunda UEFA nümayəndəsi olacaq. O, Albaniya və Uels yığmaları arasında keçiriləcək qarşılaşmada bu vəzifəni yerinə yetirəcək. Görüş oktyabrın 9-da Albaniyanın Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Oyunun baş hakimi Yunanıstan təmsilçisi Eleni Antoniu olacaq. Ona yan xətt hakimləri Zoi Papadopoulu və Vasiliya Tsiklitari kömək edəcəklər. Dördüncü hakim Nadine Reişmut, VAR hakimi Athanasios Tsilos, AVAR isə Viktoriya Beyer olacaq.


