Dieqo Simeone: “Bu qələbə bizə lazım idi və onu qazandıq”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 8-ci turunda “Alaves” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis rəqibin azlıqda qalmasına baxmayaraq, komandasının qələbə üçün çox çalışmalı olduğunu bildirib:

“Qırmızı vərəqə bizə ciddi üstünlük qazandırmış kimi görünür, amma əslində işimizi daha da çətinləşdirdi. Rəqib bundan sonra daha aqressiv hücum etməyə başladı. Qol vurmaq üçün çox çalışdıq. Bu qələbə bizə lazım idi və onu qazandıq”, – deyə Dieqo Simeone “Marca”ya açıqlamasında bildirib.

Qeyd edək ki, “Alaves”in hücumçusu Anxel Peres 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. La Liqada 8 oyundan sonra 19 xal toplamış “Atletiko” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Alaves” isə 11 xalla 6-cı yerdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: