Luis Migel Ramis “Osasuna”dan qovuldu

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Osasuna” komandasının baş məşqçisi Luis Migel Ramis istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar.

“Osasuna” son beş çempionat oyununda qələbə qazana bilməyib. Komanda bu qarşılaşmalarda dörd məğlubiyyət alıb və bir heç-heçə edib. Bu müddətdə rəqib qapılarına 4 qol vuran Pamplona təmsilçisi öz qapısından 17 top buraxıb.

Qeyd edək ki, La Liqanın səkkiz turundan sonra cəmi 8 xal toplayan “Osasuna” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Luis Migel Ramis 2026-cı ilin iyun ayından “Osasuna”ya rəhbərlik edirdi. O, bu komandanı 8 oyuna çıxarıb, 2 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət görüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: