Cənubi Azərbaycan təmsilçisi “Traktor” futbol üzrə İran çempionatının 2026/2027 mövsümündə bu gün növbəti matçına çıxmalı idi.
Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində “Malavan”la qarşılaşmalı idi.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlməliydi. Lakin bu görüş baş tutmayıb. Oyundan öncə “Malavan” azarkeşlərinin “Traktor”, Türkiyə və Azərbaycan əleyhinə irqçi şüarlar səsləndirməsi qonaqların meydana çıxmaqdan imtinası ilə nəticələnib. Bu barədə Təbriz klubunun prezidenti qərar verib. Klub daha sonra bəyanat yayaraq İran Futbol Federasiyasının bu komandaya texniki məğlubiyyət verəcəyi təqdirdə hətta çempionatda iştirakını dayandıracağını bəyan edib.
“Traktor” hazırda 17 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 8 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 9 top keçirmiş “traktorçular” öz qapılarında cəmi 2 qol görüblər.
Cənubi Azərbaycan nəhəngi növbəti oyununu “Sanat Naft”a qarşı keçirəcək. Bu oyun oktyabrın 22-də Təbrizdə baş tutacaq.


