Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 8-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, 8-ci turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar oktyabrın 30-da, 31-də və noyabrın 2-də keçiriləcək.
Əvəzedicilər Liqası
8-ci tur
30 oktyabr
“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat menydança), 14:00.
“Şamaxı-2” – “Şəfa-2”
Şamaxı şəhər stadionu, 15:00.
31 oktyabr
“Kəpəz-2” – “Zirə-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
“Turan Tovuz-2” – “İmişli-2”
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
2 noyabr
“Qarabağ-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 14:00.


