“Kür” Bosniya komandasına ilk oyunda məğlub oldu

Azərbaycanın kişilərdən ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunun 2026/27 mövsümündə mübarizəyə başlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “MRK Sloqa Doboy” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Mingəçevir komandası üçün uğursuz alınıb. Azərbaycan təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilmiş görüşdə rəqibinə 26:38 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycanla Bosniya və Herseqovina komandaları arasındakı cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq. İki oyunun nəticəsinə görə üstün olacaq komanda növbəti mərhələyə yüksələcək. Məğlub olan tərəf üçün isə avrokubokda mübarizə başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: